Çinin Quandon vilayətində tornado dağıntıya səbəb olub
20.06.2022 [11:00]
Foşan şəhərində iyunun 19-da səhər vaxtı müşahidə olunan tornado təxminən 1 dəqiqə çəkib. Təbii fəlakət elektrik təchizatı infrastrukturuna, tikililərə, avtomobillərə ziyan vurub, ağacları kökündən çıxarıb. Xəsarət alan və ölən olmayıb.