DÜNYA


Kolumbiyada solçu senator Qustavo Petro prezident seçilib

Kolumbiyada ilk dəfə solçu senator Qustavo Petro prezident seçilib.AZƏRTAC xəbər verir ki, iyunun 19-da Kolumbiyada 2022-2026-cı illər üçün prezident seçkilərinin ikinci turu keçirilib. Ölkə solçu Tarixi Pakt koalisiyasından Qustavo Petro ilə özünün siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Hökmdarlar Liqasından Rodolfo Hernandes arasında seçim etdi. 50,69 faiz səslə Qustavo Petro Kolumbiyanın prezidenti seçilib və o, Kolumbiya tarixində ilk solçu prezident olub. Rodolfo Hernandes seçicilərin 47,04 faizinin səsini toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır