CƏMİYYƏT


Sabirabadda keçirilən tarla seminarında ziyanvericilərə qarşı mübarizə üsulları müzakirə olunub

Sabirabad rayonunun Ulacallı kəndində “Pambıq bitkisinin zərərvericilərinə qarşı mübarizə tədbirləri” mövzusunda tarla seminarı keçirilib.Seminarda Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin (Zərərsizləşdirmə) rəisi Ceyhun İbrahimov, Bitki mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru Elçin Xəlilov, alimlər, mütəxəssislər və pambıqçı fermerlər iştirak ediblər.