DÜNYA


Tayvanda 5,9 bal gücündə zəlzələ olub

Çinin Tayvan adasının Hualien rayonunda yerli vaxtla səhər saatlarında 5,9 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub. Yeraltı təkanlar adanın demək olar ki, hər yerində hiss olunub. Zəlzələdən qısa zaman sonra biri 4,8 bal gücündə olmaqla daha 2 afterşok baş verib.
Adanın səlahiyyətli qurumlarının məlumatına əsasən insan tələfatı və dağıntı qeydə alınmayıb. Zəlzələdən sonra Taypey şəhərində metro qatarlarının sürəti azaldılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır