Pekində Asiyanın ən böyük sərnişin dəmiryol qovşağı işə başlayıb
20.06.2022 [20:57]
Xəbərin mətni
İyunun 20-də Çinin paytaxtı Pekində Asiyanın ən böyük sərnişin dəmiryol qovşağı istifadəyə verilib.AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, “Fentay” vağzalının 32 dəmir yolu xətti və bir o qədər də platforması var. Qovşağın ümumi sahəsi 400 min kvadratmetrdir. Hər saat ərzində burada 14 minədək sərnişin yerləşə bilər. İlk mərhələdə vağzal sutkada 120 sərnişin qatarına xidmət göstərəcək.