DÜNYA


Mustafa Şəntop: Türkiyə olaraq ölkəmizdəki qaçqın və miqrantların hər cür ehtiyaclarını öz gücümüzlə qarşılamağa çalışırıq

Türkiyə olaraq ölkəmizə sığınan qaçqın və miqrantların hər cür ehtiyaclarını, xüsusilə humanitar, sosial, yaşayış və təhsil ehtiyaclarını öz gücümüzlə qarşılamağa çalışırıq. Biz bu insanların problemlərini həll etməyə çalışırıq. Türkiyə olaraq “insanlığın şərəfini, ləyaqətini, vicdanını tək olsaq da, qoruyacağıq”,- deyirik.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop İstanbulda keçirilən Qlobal Parlament Konfransının açılış mərasimindəki çıxışında ifadə edib.