SİYASƏT


Sahibə Qafarova: Qazanılan Qələbə sayəsində məcburi köçkünlərin öz Vətəninə – Qarabağa qayıtmaq hüququ təmin olunub

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə sayəsində öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub. Bu 30 ildə bir milyona yaxın Azərbaycan vətəndaşı öz evindən didərgin düşüb. İşğalın ağır sosial və iqtisadi yüklərinə baxmayaraq, dövlətimiz qaçqın və məcburi köçkünlərin bütün ehtiyaclarını ödəmək üçün lazımi tədbirləri həyata keçirib.