CƏMİYYƏT


Minillik ənənələrə qayıdış: II Milli Yaylaq Festivalına hazırlıq işləri sürətlə davam edir

Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında iyulun 29-31-də keçiriləcək II Milli Yaylaq Festivalına hazırlıq işlərinə başlanılıb. Ərazidə yolların, yurdların, düşərgələrin, avtomobillər üçün dayanacaq və digər tematik sahələrin qurulması prosesi sürətlə davam edir.