SİYASƏT
Səməd Seyidov AŞPA-da erməniləri sülh haqqında düşünməyə, regionda Azərbaycanın yaratdığı reallığı qəbul etməyə çağırıb
21.06.2022 [17:13]
Həqiqətən də bu gün təhlükəsizlik əsas vacib məsələdir. Bu gün təkcə Avropada deyil, ümumiyyətlə dünyadakı qeyri-stabilliyin və təhlükənin əsas səbəbləri haqqında düşünməliyik. Bir ölkənin digər ölkəyə qarşı ərazi iddiaları, bir ölkənin digərinin ərazilərini işğal etməsi, xalqa qarşı etnik təmizləmə siyasəti, əsas insan hüquqlarını pozulması və bu təşkilatımız üçün qəbul edilməz digər faktorlar, problemlər.... Biz regionumuzda bütün bu faktorlarla üzləşmişik.Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında “Təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” adlı məruzəsinin müzakirələri zamanı söyləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.05.2023 [15:07]
29.05.2023 [21:54]
31.05.2023 [00:18]