Azərbaycan Dövlət İnformasiya Agentliyi

12 yaşlı bəstəkar

21.06.2022 [17:35]

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının şagirdi Zərrin Şükür xüsusi istedada malikdir. Üç yaşından fortepiano ifaçılığı ilə məşğul olan Zərrin ilk dəfə dört yaşında solo ifa ilə yanaşı violin alətini müşayiət edib. İndi isə o 12 pyesdən ibarət olan “Qaranquş” albomunun müəllifidir.