RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Özbəkistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır