CƏMİYYƏT


Gəncədə salınan Ekoloji Park Kompleksinin tikintisi ilin sonunadək başa çatdırılacaq

Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində Ekoloji Park Kompleksi salınacaq. Fərqli dizaynı ilə seçiləcək kompleksdə sakinlərin rahatlığı üçün lazımi şərait yaradılacaq.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında mühəndis Zirəddin Hacıyev deyib.