MƏDƏNİYYƏT


TÜRKSOY tərəfindən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edən bir sıra ədiblər mükafatlandırılıb

İyunun 22-də Azərbaycan Yazıçılar Birliyində (AYB) I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edən bir sıra ədiblərə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mükafatların təqdimetmə mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, mərasim çərçivəsində festivalın təşkilində köməklik göstərən ASAN könüllülərə sertifikatlar paylanılıb.