Goranboyda yağış və sel bir sıra fəsadlar törədib
22.06.2022 [21:05]
Xəbərin mətni
İyunun 22-də Goranboy rayonu ərazisində şiddətli yağış bir sıra fəsadlara yol açıb.Goranboy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şiddətli yağan yağış və sel suları rayonun bir sıra kəndlərində, xüsusilə Ağcakənd ərazisində evlərə və təsərrüfatlara ziyan vurub.