Nərimanov rayonu və paytaxtın digər ərazilərində evlərdən çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb
23.06.2022 [11:33]
Xəbərin mətni
Paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edərək evdən 6500 manat pulun oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha bir neçə sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb.