Dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür
23.06.2022 [16:18]
Xəzər rayonunun Buzovna qəsəbəsi Bakının qədim yaşayış məskənlərindən biridir. Prezident İlham Əliyevin Xəzər dənizinin sahilboyu ərazilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsi və insanların dəniz sahilinə sərbəst giriş-çıxışı təmin edilməsi ilə bağlı müvafiq Sərəncamının icrasına başlanılıb. Dünəndən zəbt edilən torpaq sahələrinin hasarları, ərazidə bəzi sənədsiz tikililər, çimərlik ərazisinə daxil olmağa mane olan sədlər sökülür.