CƏMİYYƏT


İsmayıllı sakini XIX əsrə aid tarixi abidəni şəxsi vəsaiti hesabına bərpa edib

İsmayıllı rayonunun Sulut kəndində yerləşən XIX əsrə aid tarixi abidələrdən biri – Qasım bulağı bərpa edilərək istifadəyə verilib. Uzun illərdir ki, bərbad və baxımsız halda olan bu abidə kənd sakini Fuad Piriyevin təşəbbüsü və şəxsi vəsaiti hesabına bərpa olunub.
AZƏRTAC xəbər verir ki, Qasım bulağı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qeydiyyata alınıb. Tarixi abidə “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC tərəfindən hazırlanan layihə əsasında bərpa edilib.