CƏMİYYƏT


Müasir suvarma sistemləri, çoxfunksiyalı dronlar, innovativ məhsul və texnologiyalar - Ağstafada Aqrar İnnovasiya Festivalından

Ağstafa rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib. Aqrar Sənaye Kompleksində keçirilən festivalda Elmi-Tədqiqat institutlarının mütəxəssisləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.