CƏMİYYƏT


Qusarda hərbiçilərin yürüşü böyük coşqu ilə qarşılanıb

Qusarda 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə keçirilən hərbiçilərin yürüşü böyük coşqu ilə qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüşdən əvvəl general Mahmud Əbilov adına mərkəzi meydanda təşkil olunan bayram tədbirində çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı Qələbəmizdən danışıblar. Bildirilib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti nəticəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Təsadüfi deyil ki, Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer alıb.