CƏMİYYƏT


FHN “Etilen-Polietilen” zavodunda yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsi tərəfindən SOCAR “Azərikimya” İstehsalat Birliyinin şəhərindəki “Etilen-Polietilen” zavodunda “Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətin yüksək saylı çağırışlar üzrə yanğınların söndürülməsi və təxliyə-xilasetmənin təşkili bacarıqlarının daha da artırılması, belə çağırışlar zamanı əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.