Kürdəmirdə avtomobil su kanalına düşüb
26.06.2022 [11:29]
Xəbərin mətni
Kürdəmirdə avtomobil su kanalına düşüb, bir ailənin 4 üzvü xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 5 radələrində Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib. Belə ki, sürücü Kürdəmir rayonunun Atakişili kənd sakini 33 yaşlı Sərxan Cəlal oğlu Kərimov “Nissan” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb.