CƏMİYYƏT


Mülki Müdafiə Qoşunlarının Qəbələ şəhərində yerləşən hərbi hissəsində Vətən müharibəsi qazilərinin iştirakı ilə tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə FHN-nin Mülki Müdafiə Qoşunlarının Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissəsində 44 nəfər Vətən müharibəsi qazisinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Abdullayev, FHN-nin Şimal-Qərb Regional Mərkəzinin rəisi Sadiq Bəkirli və “N” saylı hərbi hissənin komandiri Rəşad Hacıyev, bir qrup zabit və əsgərlər iştirak ediblər.