Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib

26.06.2022 [17:38]

Xəbərin mətni

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 26-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI