CƏMİYYƏT


Tovuzda evə ildırım düşüb

Bölgələrdə qeyri-sabit hava şəraiti davam edir. Tovuzda yağan yağışdan sonra rayon ərazisində vətəndaşa məxsus evə ildırım düşüb.AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Eldəniz Quliyev küçəsi ikinci dalanda qeydə alınıb. İldırım düşdükdən sonra rayon sakini Elnur Bağırova məxsus evin dam örtüyündə yanğın başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır