Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Artilleriya bölmələrində döyüş atışlı təlim keçirilir

28.06.2022 [12:16]

Xəbərin mətni

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilir.
Digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyətinin, həmçinin şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunan yerlərdə atəş mövqelərini tutublar.