CƏMİYYƏT


Qəbələdə Silahlı Qüvvələr Günü münasibətilə şəhid ailələri ilə görüş keçirilib

İyunun 25-dən 30-dək Qəbələ şəhərində 60 nəfər şəhid övladının iştirakı ilə Fövqəladə Hallar və Təhsil nazirliklərinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin final mərhələsi keçirilir.
Birincilik çərçivəsində iyunun 27-də Qəbələ şəhərində yerləşən “Qafqaz Riverside” otelində Silahlı Qüvvələr Günü münasibətilə Qəbələ rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır