“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin nəticələri Şuşada elan edilib
28.06.2022 [18:56]
Xəbərin mətni
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini Şuşa şəhərində elan edib.
Şuşada təşkil edilən tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin məsul əməkdaşları, QHT-lər, media nümayəndələri və blogerlər iştirak ediblər.