DÜNYA


Tehranda güclü partlayış olub

İranın paytaxtı Tehran şəhərində güclü partlayış baş verib. Tehran Şəhər Bələdiyyəsinin Yanğın və Təhlükəsizlik Xidmətindən verilən məlumata əsasən, partlayış paytaxtın Qeytəriyyə ərazisində, yağdəyişmə sexində qeydə alınıb. İlkin məlumata görə, partlayış nəticəsində dörd nəfər yaralanıb, dörd avtomobilə ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır