Azərbaycan Dövlət İnformasiya Agentliyi

Niderlandda cinayətkarlar məşhur incəsənət sərgisini qarət ediblər

29.06.2022 [11:59]

Niderlandın Maastrixt şəhərində TEFAF incəsənət sərgisində cinayətkarlar gündüz vaxtı odlu silahla zərgərlik vitrinini sındırıblar. Bəzi Niderland KİV-lərin yazdığına görə, sındırılmış vitrində ingilis zərgərin əsərləri olub. Hücum edənlərin hər hansı qiymətli əşyaları götürə bilib-bilmədiyi rəsmən təsdiqlənməsə də, hadisənin videosundan görünür ki, oğruların dördü də qaçmazdan əvvəl əlində çəkic olan adam rəfdən nəsə götürdü. Polis artıq iki şübhəli şəxsi həbs edib.