CƏMİYYƏT


Qubada avtomobillə kanala düşən iki nəfər xilas edilib

Quba rayonunun Mirzəməmməd kəndində “Hyundai Santafe” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərinliyi 6 metr olan suvarma kanalına düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin vaxt 2 nəfər avtomobilin içərisində köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə vasitələrindən istifadə etməklə sürücü, 1948-ci il təvəllüdlü Malik Ağakərimov və sərnişini, 1953-cü il təvəllüdlü Leyla Ağakərimovanı avtomobildən çıxarıblar.