DÜNYA


Ninsia dağ qoruğu

Çinin Ninsia Huy muxtar bölgəsində Liupan dağında meşəlik ərazidə əsrarəngiz qoruq A4 kateqoriyalı turizm obyekti kimi fəaliyyət göstərir. Ümumi sahəsi 67 min 800 hektar olan qoruğun ərazisinin 80 faizi meşədir. Dəniz səviyyəsindən 2200-2600 metr yüksəklikdəki qoruğun zəngin flora və faunası var. Qoruğda təxminən 600 növ dərman bitkisi bitir. Bundan başqa, qoruğun əraziisndə nəsli kəsilməkdə olan heyvanlara da rast gəlmək mümkündür.