SİYASƏT


Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası panel və müzakirələrlə davam edib

Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası iyunun 28-də panel və müzakirələrlə davam edib.
AZƏRTAC xəbər verir ki, şəhər və yaşayış məskənlərinin müasir yanaşma üsulları ilə yenidən qurulması və bərpasına dair panel müzakirələrdə çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ərazilərin bərpası və yenidən məskunlaşdırılmasına dair ölkəmizin təcrübəsini sessiya iştirakçıları ilə bölüşüb.