Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” adlı fotosərgi açılıb

29.06.2022 [23:14]

Xəbərin mətni

İyunun 28-də Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” adlı fotosərginin açılışı olub. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkil etdiyi sərgi Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilib.