DÜNYA


Filippinin yeni Prezidenti Ferdinand Markosun andiçmə mərasimi keçirilib

İyunun 30-da Manilada Filippinin yeni Prezidenti Ferdinand Markosun andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Filippinin 36 il əvvəl hakimiyyətdən kənarlaşdırılan sabiq prezidentinin oğlu olan 64 yaşlı kiçik Ferdinand Markos Milli Muzeyin binasında ölkənin 17-ci Prezidenti kimi and içib.