DÜNYA


Meksikada şəhər meri timsahla evləndi

Meksikanın San-Pedro-Uamelula şəhərinin meri Viktor Uqo Sosa timsahla evlənib. Bu ritual kökləri Kolumbdan əvvəlki dövrə gedib çıxan yerli ənənədir. Ritual məhsulun artırılması və çaylarda balıqların sayının çoxaldılması məqsədilə həyata keçirilir. Mərasim zamanı Sosa ağ paltar geyinmiş yeddi yaşlı “gəlin”lə birlikdə təntənəli şəkildə küçə ilə addımlayıb və onu öpüb. Tədbir musiqi və rəqslərlə müşayiət olunub.