DÜNYA


Cənubi Çin dənizində sərnişinlərlə dolu gəmi iki hissəyə bölündü

İyulun 2-də səhər saatlarında Honkonqdan cənub-qərbdə, Cənubi Çin dənizi sahillərində mühəndis gəmisi qəzaya uğrayıb. AZƏRTAC xarici mənbələrə istinadən xəbər verir ki, göyərtəsində 30 ekipaj üzvü olan gəmi naməlum səbəblərdən iki hissəyə bölünüb. Qəza yerinə xilasedici gəmi, bir təyyarə və iki helikopter yollanıb, lakin ərazidə hazırda tüğyan edən “Çaba” qasırğası onlara mane olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır