Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Füzuli və Şuşaya səfər edib
02.07.2022 [20:08]
Xəbərin mətni
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonuna və Şuşa şəhərinə səfər edib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər müşayiət ediblər.