Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tbilisi Dövlət Konservatoriyasında “Nizaminin xatirəsinə” simfoniyası səsləndirilib

03.07.2022 [12:59]

Xəbərin mətni

İyulun 2-də Gürcüstanın Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının böyük zalında konsert keçirilib.AZƏRTAC xəbər verir ki, musiqi gecəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun simli orkestr üçün “Nizaminin xatirəsinə” simfoniyası ifa olunub.