Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

04.07.2022 [09:44]

Xəbərin mətni

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım tədbirləri keçirilib.Vətən müharibəsi şəhidləri Rəhim Hüseynov və Tural Eyyubovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.