Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyada buzlağın çökməsi nəticəsində 6 nəfər ölüb

04.07.2022 [12:42]

İtaliyanın şimal-şərqindəki Marmolada buzlaqında baş vermiş uçqun nəticəsində 6 nəfər ölüb, 10 nəfər itkin düşüb. Məlumata görə, səkkiz zərərçəkən xəstəxanaya yerləşdirilib ki, onlardan birinin vəziyyəti ağırdır. İtkin düşənlərin axtarışı davam edir. Xilasetmə əməliyyatlarına 5 helikopter cəlb olunub.