CƏMİYYƏT
Şahbulaq qalası – əsrarəngiz gözəllikləri ilə seçilən tarixi məkan
04.07.2022 [13:11]
Qarabağdakı ən məşhur abidələrdən biri Ağdam ərazisindəki XVIII əsrə aid Şahbulaq qalasıdır. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.
270 yaşlı Şahbulaq qalası illərin sərt sınaqlarına sinə gərərək özünü də qoruyub, tarixini, izini də. İndi füsunkar təbiətin qoynunda yerləşən bu qocaman qala yamyaşıl ağacların, al-əlvan çiçəklərin əhatəsində yeni dövrünü yaşayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
09.06.2023 [15:27]
06.06.2023 [15:32]
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
10.06.2023 [14:44]