CƏMİYYƏT


Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən narkokuryerlər saxlanılıblar

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan Telman Əliyev tutulub. Onun əlində olan çantaya baxış zamanı 1 kiloqram heroin, 3 kiloqram marixuana və 40 qram metamfetamin aşkar edilib.
İdarə əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Fatmayı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Kənan Məmmmədov saxlanılıb. Onun üzərindən 100 qram metamfetamin aşkar edilib. Telman Əliyev və Kənan Məmmmədov xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə göndərilən narkotikləri Abşeron rayonu ərazisində satmaq məqsədi ilə qəbul ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır