Azərbaycanlı vəkilin dünya ölkələrinin vəkil cübbələrindən ibarət kolleksiyası
05.07.2022 [14:24]
Bakıda vəkil Kamandar Nəsibov çox maraqlı bir kolleksiya yaradıb. Belə ki, o bir çox dünya ölkələrinin vəkil cübbələrindən ibarət kolleksiya toplayıb. 2019-cu ildən bu kolleksiyaya həvəsi yaranan Kamandər Nəsibov gələcəkdə topladığı cübbələrin beynəlxalq sərgisini də keçirmək niyyətindədir.