CƏMİYYƏT


Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin onlayn yolla satışı ilə məşğul olan Sadiq Kərimov saxlanılıb. Onun üzərindən 100 qram heroin və metamfetamin aşkar edilib. Bu şəxs izahatında narkotikləri sosial şəbəkələrdə satmaq məqsədi ilə tanışı Gülərdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs, yəni, Gülər Abdullayeva da tutularaq istintaqa təqdim edilib. Onuun Binəqədi və Nizami rayonlarında kirayə yaşadığı evlərdən isə 500 qrama yaxın heroin, marixuana və metamfetamin aşkar olunub. Gülər Abdullayeva izahatında narkotikləri sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından aldığını bildirib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər silsilə əməliyyatlar zamanı son 30 gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 18 nəfər saxlanılıb. Onlardan külli miqdardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.