Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qurbanlıq qoyunların qiymətində artım yoxdur

06.07.2022 [12:24]

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Bu il bayram miladi təqvimi ilə iyulun 9-u və 10-u tarixlərinə təsadüf edir. Sayılı günlərin qaldığı bir vaxtda AZƏRTAC-ın çəkiliş qrupu qurbanlıq heyvan kəsimi və satışının həyata keçiriləcəyi ət kəsimi məntəqələrinin birinə yollanaraq mövcud vəziyyətlə, eləcə də qiymətlərlə tanış olub.