Azərbaycan Dövlət İnformasiya Agentliyi

Köhnə əşyalar, yoxsa tarixin izi – Gəncədən reportaj

06.07.2022 [16:34]

Xəbərin mətni

Azərbaycanda kolleksiya toplama məşğuliyyəti Qərb dövlətlərindən fərqli olaraq çox da populyar deyil. Lakin ölkəmizdə azda olsa, bu işlə məşğul olan insanlar var. Belə kolleksiyaçılardan biri də Gəncədə yaşayan Mobil Cahangirovdur.AZƏRTAC-ın bölgə müxbiri Mobil Cahangirovun bir-birindən maraqlı və tarixi orta əsrlərə qədər gedib çıxan kolleksiyası ilə yaxından tanış olub.