CƏMİYYƏT


Bərdədə meşə və biçilmiş taxıl sahələrində yanğınlara qarşı maarifləndirmə tədbiri keçirilib

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən Bərdə rayonunun Gərənə kəndində taxıl sahəsində “Yay mövsümündə dənli və texniki bitkilərin tədarükü zamanı, eləcə də biçilmiş ərazilərdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə, həmçinin Qarabağ regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak ediblər.