Paytaxt Kiyevin mədəni dəyərlərinə çevrilən murallar
07.07.2022 [11:25]
Xəbərin mətni
Ukraynanın paytaxtına Kiyev şəhərinə gözəllik qatan elementlərdən biri də yaşayış binalarının üzərindəki parlaq rəngli rəsmlər - murallardır.
AZƏRTAC xəbər verir ki, Kiyevdə kütləvi murallar 2014-cü ildən görünməyə başlayıb. Evlərin divarlarında iri miqyaslı rəsm əsərlərinin görünməsi ilə onların müəlliflərinin istedadını daha aydın sezmək olur. Bu gün Kiyevdə olan murallar şəhərin simvoluna, mədəni dəyərlərinə çevrilib.