CƏMİYYƏT


Üzüm bağlarını xəstəliklərdən qorumaq üçün düzgün qulluq olunmalıdır

Üzüm yetişdirən təsərrüfatçılar arasında məşhur bir deyim var “Üzüm sahəsində iş il boyu bitmir”. Həqiqətən də üzüm bağında iş, qulluq ilboyu davam etməlidir.
AZƏRTAC xəbər verir ki, hazırda Ağstafanın üzüm bağlarında qızğın iş gedir. Lazımsız yaşıl yarpaqlar təmizlənir, yeni pöhrələr seçilir və məftillərə bağlanır. Buna “yaşıl bağlama” deyirlər.
Bölgədə yazdan bəri havaların yağıntılı keçməsi bir sıra xəstəliklərə səbəb olub. Bu xəstəliklərə qarşı tədbir görülməsə, məhsuldarlıq aşağı düşə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır