CƏMİYYƏT


Bu il azad olunmuş ərazilərdəki yaylaqlara 940 qoyunçuluq, 1101 arıçılıq təsərrüfatı köçürülüb

İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçü başa çatmaq üzrədir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, köç prosesi müvafiq dövlət qurumları ilə razılaşdırılmış vahid reqlament əsasında həyata keçirilir.